YÜZ ACINI BİR ŞİRİNİN XATİRİNƏ UDMAQ
YÜZ QAZANDA QAYNAMAQ
OBASTAN VİKİ
Yüz il inqilab
Yüz il inqilab — Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri, şair və yazıçı Sayman Aruzun yazdığı roman. Roman Cənubi Azərbaycandakı milli azadlıq hərəkatından bəhs edir. Burada cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunub. == Haqqında == Romanın əsas obrazı olan Seyid, uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə, Güney Azərbaycan milli azadlığı uğrunda döyüşənlərdən biridir. Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar. Seyid, Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır. Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir. O, ürəyinin hökmünə qulaq asır.
Yüz
Yüz (bir yüz) — say sistemində ədədlərdən biridir. Doxsan doqquzdan sonra, yüz birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yüz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 10, 20, 25, 50 və 100 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == Bir əsr yüz ildir. == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərimdə === Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir və hər şeyi biləndir. Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et).
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Yüz bir
Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs. == Söz açımı == Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. == Özəllikləri == "Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar.
Yüz gün
Yüz gün — 1815-ci il martın 1-dən I Napoleonun Fransada hakimiyyətə qayıtması və 1815-ci il iyulun 1-də I Napoleonun istefasından sonra icra hakimiyyətinə cavabdeh olan hökumət komissiyasının ləğvi arasındakı fransız tarixinin dövrü. == Adaya gəliş == Paris sülh müqaviləsinin nəticəsi Napoleon Bonapartın artıq Avropanın siyasi həyatında iştirak edə bilməyəcəyi anlamına gəldi. Napoleonun sürgün edilməsi məsələsi, müttəfiqləri təmsil edən qraf Karl Nesselrode ilə İmperatoru təmsil edən hersoq Armen de Kolenkur arasında müzakirə edildi. Napoleona ömürlük sürgün yeri kimi adalardan birini seçmək təklif edildi: Korfu, Korsika və ya Elba . Napoleon doğma Korsikanın yaxınlığında yerləşən Elba adasını seçdi. 1814-cü il mayın 3-də Napoleon admiral Uşerin komandanlığı altında ingilis gəmisində tam sərəncamına verildiyi adaya gəldi. Mayın 14-də imperatora sadiqlik göstərən Pyer Jak Kambronn və köhnə qvardiyaçıların bir hissəsi ona qoşuldu. Həmçinin adada başqa generallar da vardı: Anri Bertrand, Antuan Druo və Boynod. Bələdiyyə sədrinin başçılıq etdiyi adanın sakinləri Portoferraio şəhərinin fəxri açarlarını təntənəli şəkildə imperatora təhvil verdilər . == Adada keçirdiyi dövr == Keçmiş imperatorun iqamətgahı olaraq Portoferraio yaxınlığındakı San Martino vadisində yerləşən dəbdəbəli bir köşk seçildi, lakin isti iqlim səbəbiylə Napoleon yalnız qışda orada qalırdı.
Möhtəşəm Yüz il (teleserial, 2011)
Möhtəşəm əsr (türk. Muhteşem Yüzyıl) — Türkiyənin Star TV telekanalında yayımlanan teleserial. Türkiyə kinematoqrafının son illərdəki ən məşhur tarixi teleserialı hesab olunur. Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edən film Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zadəganlarının həyat tərzini və adət-ənənələrini əks etdirir. Serial, təməl olaraq Osmanlı İmperatorluğu sultanı Qanuni Sultan Süleymanın və Xürrəm Sultanın həyatı, Xürrəm Sultanın övladları üçün girişdiyi taxt mübarizəsi və saray həyatı üzərində hazırlanmışdır. == İstehsal == Rejissorluğunu Taylan qardaşlarının etdiyi, prodüserliyini Timur Savcının boynuna götürdüyü serialın ssenarisini 10 Aprel 2012-ci ilə-ölümünə qədər Məral Okay, ondan sonra isə Yılmaz Şahin yazmışdır. Seriallar 3.500.000 TL büdcəsiylə Türk televiziya tarixinin ən bahalı layihəsidir. İlk yayım tarixindən əvvəlki 5 aylıq müddət içərisində başlayan istehsal işləri üçün 2.100 m² sahəyə bir plato qurulmuş, 30 nəfərlik bir heykəltaraş və rəssam qrupu burada strukturların birə-bir eynisini inşa etmişdir. == Məzmun == İyirmi altı yaşında bu böyük iqtidarı idarə etməyə başladığında, Sultan Süleyman önünə elə bir hədəf qoymuşdu ki; Böyük İsgəndərdən daha güclü və məşhur bir suverenlik quracaq və Osmanlını məğlubedilməz edəcəkdi. 1520-ci ildə bir ov gəzintisində aldığı, atası Yavuz Sultan Səlimin ölüm xəbəriylə taxta çıxan gənc Süleyman, xəyallarının kənarında bir iqtidarı idarə edəcəyinə bilmədən, Manisa'daki sarayında arvadı Mahidövran və oğlu kiçik Şahzadə Mustafanı buraxıb, yanında yaxın dostu, yoldaşı Parqalı İbrahim ilə yola çıxdılar.
Möhtəşəm Yüz İl (teleserial, 2010)

Möhtəşəm Yüz İl Kösəm (teleserial, 2015)
Möhtəşəm Yüz İl: Kösəm (Türkcə: Muhteşem Yüzyıl: Kösem) — Tims Productions tərəfindən hazırlanan, Star TV tərəfindən 12 noyabr 2015 tarixində yayıma başlayan tarixi türk teleserialıdır. 2011-2014 tarixlərində yayımlanan Möhtəşəm Yüz il teleserialının davamı olaraq çəkilən serialın prodüseri Timur Savcı, ssenaristi Yılmaz Şahin, rejissorları isə Mert Baykal və Yağız Alp Akaydındır. Serialın ilk bölümləri Yunanıstanın Saqqız adasında çəkilmişdir. Serialda Osmanlı padşahı I Əhmədin cülus mərasimi səhnələri üçün İstanbulun Hadımköy səmtində xüsusi studiya quruldu. Bu səhnənin çəkimləri üçün Topqapı sarayının bir hissəsi ilə Babüssəadət və Babüssalam qapıları xüsusi olaraq yenidən hazırlandı. Serialın mövzusu isə hələ 13 yaşında bir şahzadə ikən atası III Mehmedin vəfatı ilə taxta çıxan I Əhmədin və o illərdə saraya kölə olaraq gətirilən Kösəm Sultanın sevgisindən, ardından Kösəm Sultanın intiqam üçün girişdiyi taxt mübarizəsindən bəhs edir. Teleserial hələ televiziyada yayımlanmadan 50 fərqli ölkəyə satılmışdır. == Məzmun == === 1. mövsüm === Atasının ani ölümünün ardından taxta çıxan Sultan Əhməd (Ekin Koç) kiçik qardaşını edam etdirməyəcəyini deyir. Bu əsnada Safiyə Sultanın əmriylə saraya gətirilən Anastasiya (Anastasia Tsilimpiou) Sultan Əhmədə hədiyyə edilir.
Yüz bir (Rəqs)
Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs. == Söz açımı == Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. == Özəllikləri == "Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar.
Yüz bir rəqsi

Yüz ilin tənhalığı
Yüz ilin tənhalığı (isp. Cien años de soledad) — Kollumbiyalı yazıçı Qabriel Qarsiya Markesin 1967-ci ildə nəşr olunmuş romanıdır. Romanda Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Roman ədəbiyyatın ən yüksək nailiyyətlərindən biri olaraq göstərilir. Sehrli realist üslubu və tematik mahiyyəti ilə Yüz ilin tənhalığı üslub baxımından modernizmdən və Kuba avanqard ədəbi cərəyanlarından təsirlənən 1960-1970-ci illərin Latın Amerikası Bumunun mühüm təmsilçi romanıdır. İlk dəfə 1967-ci ilin may ayında Buenos Ayresdə "Editorial Sudamericana" nəşriyyatı tərəfindən nəşr olunduğu gündən bəri əsər 37 dilə tərcümə edilmiş və 50 milyondan çox nüsxəsi satılmışdır. Qarsiya Markesin şah əsəri sayılan roman həm İspan ədəbiyyatında, həm də dünya ədəbiyyatında ən yaxşı roman olaraq sayılır və öz populyarlığını saxlayır. == Məzmunu == “Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düş­­məsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır.
Yüz illik müharibə
Yüzillik müharibə (İngiliscə: The Hundred Years' War) – Plantagenetlər, Valualar və İngiltərə kralları arasında Fransa taxtı uğrunda baş tutan və 1337-1453-cü illəri əhatə edən müharibədir. Müharibənin tərəfləri digər Avropa dövlətlərini də müharibəyə sürüklədi. Qərbi Avropanın ən böyük krallığı uğrunda gedən bu müharibə hər iki rəqib sülalədə nəsillər boyunca davam etmiş, bununla yanaşı bu dövlətlərdə milli kimlik hissi formalaşdırmışdır. Fransa və İngiltərə taxtları arasındakı bu qarşıdurma İngiltərə kral sülaləsinin fransız əsilli olması səbəbilə, əslində əsrlər öncəsindən qaynaqlanırdı. Bu səbəblə İngiltərə kralları daim Fransadakı bəzi mülklərdə haqq iddia etmiş, beləcə Fransa krallarının vassalına çevrilmişdi. Bundan istifadə edən Fransa kralları isə ingilislərin həddindən artıq yüksəlməsinin önünü almağa çalışmış, onların şotlandlarla olan münaqişələrindən istifadə edərək bölgədəki ingilis mülklərini xırda-xırda ələ keçirmişdilər. Belə ki, vaxtilə Fransa kral mülklərini belə kölgədə qoyan ingilis mülklərindən 1337-ci ildə sadəcə Qaskoniya qalmışdı. 1328-ci ildə Fransa kralı IV Çarlz geridə vəliəhd buraxmadan vəfat etdi. Üstəlik ölümündən öncə sülalənin qadın üzvlərinin taxt hüquqlarını ləğv edən bir fərman da imzalamışdı. Mərhum kralın ən yaxın kişi qohumu isə İngiltərə kralı olan bacısı oğlu III Eduard idi.
Aterk (qala)
'Ater — Arsakda qala adı. İlk dəfə VII əsrə aid "Albaniya tarixi"ndə cəkilir. Qədim ermənicə yazılışda əvvəlinə H səsi sonu isə K əlavəsilə Haterk kimidir. Mxitar Qoşun (XII əsr) əsərində Aterkqaladır. Əhməd bəy Cavanşir yazır ki, Xaçın mahalında qala Haterk adlanıb. Toponimi At-Örək kimi də bərpa etmək olar. Bax: Haterk. == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960. Azərbaycan SSR-in qısa toponimlər lüğəti.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Ceyhun Qala
Ceyhun Qala (tam adı: Ceyhun Abdul oglu Əliyev, doğum tarixi: 12 mart 1983) — azərbaycanlı müğənni. == Həyatı == Ceyhun Abdul oğlu Əliyev, 1983-cü il martın 12-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə böyük marağı və həvəsi ilə diqqət çəkmişdir. Bunu görən valideynləri onu Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 3 nömrəli uşaq musiqi məktəbinə qoymuşlar. 2004-cü ildə Azərbaycan Milli Konservatoriyasında təhsil almağa başlayan Ceyhun, Teymur Əmrahdan vokal və xalq artisti Canəli Əkbərovdan muğam dərsləri almışdır. Ceyhun Əliyevin musiqi istedadının inkişafında və formalaşmasında Azərbaycanın tanınmış incəsənət ustaları, muğam ifaçılarının və xarici musiqiçılərin böyük rolu olmuşdur. Ceyhun daim xalq artistləri Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rəşid Behbudov, xarici musiqi ustaları Beatles, Elvis Presli, Maykl Cekson ve başqalarının sənət nümunələrindən bəhrələnmişdir. 2013-cü ildə Nailə xanimla ailə həyatı qurub. Bir qızı və bir oglu var. == Musiqi karyerası == 2006 ilde “Bir möcüzə idi” mahnısı ilə “Qala” qrupuna gəlib.
Cinli qala
Cinli qala — Qax rayonu ərazisində, Qax-İlisu şossesinin 7-ci kilometrində yolun sağ tərəfində Kürmükçay yatağına yaxın ərazidə dağ qolunun üzərində yerləşir. Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır.
Dördbucaqlı qala
Dördbucaqlı qala — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan qala. == Tarixi == Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən ikiqat nəhəng qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra qala divarlarında 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı qala tipli bürc ("donjon" və yaxud "cəbəxana") qalmışdır. Əbdürrəşid Bakuvi şəhərin qala divarları haqqında maraqlı məlumat verərək yazır: Burada şübhəsiz, Bakuvinin qeyd etdiyi birinci qala Qız qalasıdır. İkinci qalanın isə Dördbucaqlı qala bürcünun olduğu ehtimal edilir. Dördbucaqlı qala bürcü öz təbii-coğrafi mövqeyinə və şəhərin relyefinə görə Qız qalasından daha hündürdə yerləşir. Ə. Bakuviyə görə də Qız qalası şəhəri cənubdan, Dördbucaqlı qala isə şimaldan qoruyurdu. Orta əsr müəlliflərinin də yazdıqlarına görə, Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində 1 ədəd dördkünc qala tipli bürc (donjon və ya cəbbəxana) mövcud olmuşdur.
Köhnəqala (qala)
Köhnəqala, Yezidabad qalası və ya Naxçıvanqala— Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir. == Tarixi == Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957–1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III–II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632–51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.
Qala (Dərbənd)
Qala - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Sakinləri etnik azərbaycanlılar, darginlər, ağullar, tabasaranlılar və ləzgilərdən ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,610 nəfər azərbaycanlı yaşamaqda idi.
Qala (Kronin)
Qala (ing. Hatter's Castle) — Arçibald Kroninin ilk dəfə 1931-ci ildə nəşr edilmiş ilk romanı. == Məzmun == Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. == Nəşr və tərcümə == Əsər Tələt Ələkbərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2019-cu ildə Bakı Kitab Klubunda 404 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "QALA (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Qala (Nəmin)
Qala (fars. قلعه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (11 ailə).
Qala (Qürvə)
Qala (fars. قلعه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 4,029 nəfər yaşayır (995 ailə). Əhalisini kürdlər təşkil edir.
Qız Qala
Qız Qala (Qoşaçay)
Qədim Qala
Qədimqala (Şəmkir)
Rəqəmsal qala
"Rəqəmsal qala" — Den Braun tərəfindən 1998-ci ildə yazılmış detektiv roman. == Süjet == ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir. Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir.